Xankəndidəki oyuna görə Bakı metrosu bu saatda açılacaq
Tarix: 15-12-2023, 11:37
Baxılıb: 1 471
Google+ Paylaş
Tumblr Paylaş

Xankəndidəki oyuna görə Bakı metrosu bu saatda açılacaq

15-12-2023, 11:37

Bakı Metropoliteni QSC futbol üzrə 2023/2024-cü illər mövsümünün Azərbaycan Kuboku yarışı çərçivəsində Ağdamın “Qarabağ” və Bakının MOİK klubları arasında keçiriləcək oyunu arenadan canlı izləmək üçün Xankəndi şəhərinə yola düşmək istəyən tamaşaçıların marağını nəzərə alaraq, dekabrın 21-də iş rejimində dəyişiklik edəcək.

Bu barədə QSC məlumat yayıb.
Məlumata görə, Gənclər və İdman Nazirliyinin müraciətinə uyğun olaraq, Bakı metropoliteninin bütün stansiyaları həmin gün səhər 04:00-dan sərnişinlərin girişinə açıq olacaq.
Sərnişinlərin mənzil başına çatdırılmasını təmin etmək məqsədilə qatarlar xüsusi qrafik əsasında hərəkət edəcək. Bakı metrosunun həmin gün üçün fəaliyyəti, o cümlədən qatarların hərəkəti mövcud payız-qış qrafikinə uyğun iş günlərinin hərəkət cədvəli əsasında təmin olunacaq.
Qeyd edək ki, avtobusların həmin gün səhər saat 05:00-da "Koroğlu" metrostansiyası"nın qarşısından Xankəndiyə yola düşəcəyi bildirilir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ