DİN hərəkətə keçdi- 14 yaşlı qızın nişanlanması...
Tarix: 13-12-2023, 20:56
Baxılıb: 1 929
Google+ Paylaş
Tumblr Paylaş

DİN hərəkətə keçdi- 14 yaşlı qızın nişanlanması...

13-12-2023, 20:56

Astarada 16 yaşlı qızın nişanlanması hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib:
“Ailənin yaşadıqları evdə 16 yaşı tamam olmuş həmin qızın gələcəkdə ailə qurmasına razılıq verilməsi münasibətilə yığıncaq təşkil etmək istəmələri ilə bağlı polisə və Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya məlumat daxil olub. Dərhal Astara Rayon Polis Şöbəsinin əməkdaşları və komissiyanın sədri sözügedən ünvanda olub və qızın valideynləri ilə izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri onlara izah edilib. Valideynləri isə övladlarının hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra toyun keçiriləcəyini bildiriblər. Sözügedən məsələ mütəmadi şəkildə diqqətdə saxlanılacaq”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ