Bunu edən hərbçilər məsuliyyətə cəlb olunacaq
Tarix: 12-12-2023, 16:26
Baxılıb: 1 297
Google+ Paylaş
Tumblr Paylaş

Bunu edən hərbçilər məsuliyyətə cəlb olunacaq

12-12-2023, 16:26

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yaymaya görə cinayət məsuliyyəti müəyyənləşir.

Bu,Milli Məclisin İnsan hüquqları komitəsində müzakirə olunan və parlamentin plenar iclasına çıxarılacaq Cinayət Məcəlləsinə təklif edilən yeni -284-2 maddəsində əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yaymağa görə, müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə ağır nəticələrə səbəb olduqda, 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yaymaq, müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə və bu Məcəllənin 274-cü, 276-cı və ya 284-cü maddələrində nəzərdə tutulmuş əməllərin əlamətləri olmadıqda – 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması hallarına bu Məcəllənin 284-2-ci maddəsinin qüvvəsi şamil edilmir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ