Yeni illə bağlı XƏBƏRDARLIQ
Tarix: 11-12-2023, 08:12
Baxılıb: 1 935
Google+ Paylaş
Tumblr Paylaş

Yeni illə bağlı XƏBƏRDARLIQ

11-12-2023, 08:12

Polis əhalinin nəzərinə çatdırır ki, məişət səs-küyünə səbəb olan pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışı onların həyat və sağlamlıqları üçün olduqca təhlükəlidir.

Bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.
O bildirib ki, vətəndaşlar da bu işdə polisə dəstək olmalıdırlar.
''Sədərək'' TN-in mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim isə deyib ki, sahibkarlara obyekt icarəyə verilərkən müqavilə bağlanır. Müqavilədə qeyd edilir ki, qanunla satışı qadağan edilən maddə və vasitələrin satışı aparıla bilməz.
Qeyd edək ki, pirotexniki vasitələrin satışını təşkil edərsə, mallar müsadirə edilməklə, fiziki şəxslər 350-500, vəzifəli şəxslər 1650-2200, hüquqi şəxslər isə 4000-5000 manata qədər inzibati qaydada cərimə edilirlər
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ