Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Dohaya reys açaraq marşrut şəbəkəsinə daha bir istiqamət əlavə edir.
Bu barədə AZAL məlumat yayıb.
Bildirilib ki, Bakı-Doha-Bakı marşrutu üzrə ilk uçuş dekabrın 10-da həyata keçiriləcək.
Bu istiqamətdə uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Qeyd edək ki, Doha mədəni görməli yerləri, dəbdəbəli otelləri və bir çox əyləncəsi ilə turistlər üçün maraqlı olan gözəl və müasir şəhərdir.
Əlavə edək ki, aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından, AZAL-ın kassalarından, akkreditə olunmuş agentliklərindən və ya mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası