Dövlət Gömrük Komitəsinin müvafiq struktur bölmələrindəki vakant vəzifələrin şəffaflıq və obyektivlik prinsipləri əsasında tutulması məqsədilə növbəti daxili müsabiqə keçirilir.
Bu barədə Komitədən məlumat verilib.
Daxili müsabiqənin məqsədi gömrük orqanlarında karyera inkişafı və vəzifə dəyişikliyində şəffaflığın təmin olunması, vəzifə yüksəlişində müvafiq standartların və dəyərlər sisteminin formalaşdırılması, gömrük sistemində çalışan potensiallı, səriştəli kadrların müəyyənləşdirilməsi və vakant vəzifələr üzrə kadr ehtiyacının ödənilməsidir.
Müsabiqədə iştirak etmək üçün ümumilikdə 536 namizəd müraciət edib və tələblərə cavab verən 333 nəfər daxili müsabiqənin “Səriştəlilik və ümumi normativ hüquqi aktlara dair biliklərin yoxlanılması testi”, 40 nəfəri isə birbaşa “Situativ və panel müsahibə” mərhələsində iştirak hüququ qazanıb.
“Səriştəlilik və ümumi normativ hüquqi aktlara dair biliklərin yoxlanılması testi” üzrə imtahan 2023-cü il dekabrın 2-də keçiriləcək

Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...