Bakıda və Abşeron yarımadasında noyabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-10° isti, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.
Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 7-12° isti olacaq.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb