İran və Azərbaycanı birləşdirən körpü bu tarixdə istismara veriləcək
Tarix: 20-11-2023, 16:33
Baxılıb: 1 696
Google+ Paylaş
Tumblr Paylaş

İran və Azərbaycanı birləşdirən körpü bu tarixdə istismara veriləcək

20-11-2023, 16:33

İranı Azərbaycanla Astarada birləşdirən yeni körpü və tranzit marşrutu bir ay ərzində istifadəyə veriləcək.

Bu barədə İranın Astara şəhərinin meri Məhəmmədrza Şahabzadə deyib.
Onun sözlərinə görə, İran və Azərbaycan sərhədində 50 ildən çox yaşı olan və artıq yük maşınlarının hərəkətinə tab gətirə bilməyən metal körpüyə görə ləngimələr olur. Hazırda Astara gömrüyündə növbə sisteminə görə təxmini gözləmə müddəti 42-48 saat arasındadır. Amma bəzən lazımi icazələrin alınmaması və ya başqa səbəbdən gecikmələr olur.
“Yeni körpü istifadəyə verildikdən sonra tıxac yaradan bütün yük maşınları oradan keçəcək və biz artıq tıxac görməyəcəyik”, - deyə mer vurğulayıb
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ