Hepatit virusları selektivdir. Bunlar hepatosit hüceyrələrində oturur və qaraciyəri zədələyir. Ona görə də adları hepatit viruslardır. Hepatit A virusu ancaq hava-damcı yolu ilə keçir və yoluxucu xəstəlikdir. Qalan növləri isə, yəni B, C, D, E - Hepatit A virusunun formalarıdır. Bunlar qanla-kontakt yolu ilə keçirlər.
Bu sözləri açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla Mingəçevir şəhərində uşaqlar arasında Hepatit A xəstəliyinin qeydə alınması barədə danışarkən deyib.
Professor bildirib ki, hansısa ərazidə bu virus aşkarlanıbsa, ərazidəki virus ocaqları dərhal məhdudlaşdırılmalıdır:
“Həmçinin, təhsil müəssisələrində, məktəblərdə virus aşkarlanıbsa, bu uşaqlar hospitalizasiya edilsə, daha yaxşı olar. İnfeksion xəstəliklər şöbəsində müalicə olunmalı və onlarla əlaqədə olanlar da nəzarət altına götürülməlidir. Hepatit A virusunun vaksini var. Təəssüf ki, bu gün bizim valideynlərin çoxu vaksinasiyadan yayınırlar. Uşaqlar arasında da müxtəlif infeksion xəstəlikləri baş alıb gedir. Buna ciddi əməl etmək lazımdır”.

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası