Viktor Orban İlham Əliyevə təşəkkür etdi
Tarix: 3-11-2023, 11:59
Baxılıb: 272
Google+ Paylaş
Tumblr Paylaş

Viktor Orban İlham Əliyevə təşəkkür etdi

3-11-2023, 11:59

“Azərbaycan Prezidenti İlham Əliyevə regionun sabitləşməsinə verdiyi töhfələrə görə təşəkkürümü bildirirəm”.

“Report”a istinadən xəbər veririk ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşünün açılışında çıxışı zamanı deyib.

O, həmçinin Azərbaycan liderinə Qarabağ regionunun bərpa olunması istiqamətində həyata keçirilən işlərə görə təşəkkürünü bildirib.

V.Orban vurğulayıb ki, qlobal iqtisadiyyat son illərdə 2 dəfə çöküb, Avropada enerji daşıyıcılarına qiymətlər dəfələrlə qalxıb:

“Geridə qalan çağırışlar bizim qarşımızda iki yol qoyur - ya iqtisafdiyyatlar izolyasiya olunmalıdır, ya əməkdaşlığı daha da genişləndirməliyik. Son zamanlar məhz izolasiya olunmuş iqtisadiyyatlar, blok qoyulmasi ilə bağlı meyllərin şahidi oluruq. Lakin Macarıstan əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır”.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ