Tarix: 30-10-2023, 20:51
Baxılıb: 2 134
Mingəçevirdə yol qəzası olub- XƏSARƏT ALAN VAR
30-10-2023, 20:51
Mingəçevirdə avtomobilin aşması nəticəsində sürücü xəsarət alıb.
Hadisə şəhərin Müslüm Maqomayev küçəsində qeydə alınıb.
99-OS-865 dövlət qeydiyyat nişanlı “KİA Sorento” markalı avtomobilin sürücüsü Vidadi Şükürlünün idarəetməni itirməsi nəticəsində avtomobil aşıb. Hadisə nəticəsində sürücü ağır xəsarət alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1