Çin şirkəti ölkəmizdə elektrikli avtobus istehsal edə bilər
Tarix: 13-10-2023, 19:36
Baxılıb: 1 700
Google+ Paylaş
Tumblr Paylaş

Çin şirkəti ölkəmizdə elektrikli avtobus istehsal edə bilər

13-10-2023, 19:36

Çinin "Yutong" şirkətinin Azərbaycanda elektriklə çalışan avtobus istehsalı müzakirə edilib.

Bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün sosial şəbəkə hesablarında məlumat paylaşıb:

"Çinin elektrik mühərrikli avtobus istehsal edən aparıcı şirkəti “Yutong”un ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşdük. Ölkədaxili mobilliyin artırılması çərçivəsində əməkdaşlığı, həmçinin yerli tərəfdaşlarla birgə Azərbaycanda istehsal müəssisəsinin qurulması məsələsini müzakirə etdik”, -deyə nazir əlavə edib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ