Əmək hüququnun pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılıb.
Qurumdan bildirilib ki, araşdırma zamanı TMS GROUP MMC-nin direktoru Rəşad Namazovun əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Elvin Hətəmovu işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi müəyyən edilib.
Fakt üzrə Mingəçevir Şəhər Prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün məhkəməyə göndərilib.
Mingəçevir şəhər məhkəməsinin qərarı ilə hüquqi şəxs 20.000 manat məbləğində inzibati cərimə edilib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi