İrandan ŞOK AÇIQLAMA- Azərbaycan TV-sinin iddiasını rədd edirik
Tarix: 10-10-2023, 13:55
Baxılıb: 1 503
Google+ Paylaş
Tumblr Paylaş

İrandan ŞOK AÇIQLAMA- Azərbaycan TV-sinin iddiasını rədd edirik

10-10-2023, 13:55

Azərbaycan səfirliyinə silahlı hücum edən şəxs barəsində yekun qərar çıxarılmayıb.

Bunu İranın Ədliyyə və Məhkəmə Sisteminin sözçüsü Məsud Sitayişi deyib.

Azərbaycan Respublikasının Tehrandakı səfirliyində terror aktı törətmiş şəxsin ölüm cəzasına məhkum edilməsi barədə xəbərlərə münasibət bildirən Məsud Sitayişi hələ ki, məhkəmənin keçirilmədiyini qeyd edib.

“Bu ölkənin Tehrandakı səfirliyinə hücum edərək, səfirliyin bir əməkdaşını qətlə yetirən şəxsə edam hökmü çıxarılması ilə bağlı Azərbaycan Respublikası Milli Televiziyasının iddiasını rədd edirik. İş istintaq və məhkəmədə icraat mərhələsindədir. Məhkəmə hələ də keçirilməyib və hökm çıxarılmayıb”.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ