İsraildə konsert proqramı ilə çıxış edən azərbaycanlı müğənni çətin vəziyyətə düşüb.
Ölkəmizi “Avroviziya 2021” mahnı müsabiqəsində təmsil edən müğənni Samirə Əfəndi bu barədə özünün İnstaqramda paylaşım edib.
“Bu gün səhər saatlarından başlayaraq İsrailə hücum edilib. 5 000 raket. Hava limanı bağlanıb. Təl-Əviv partladılır. Bu partlayış səsləri və sirenlər sadəcə olaraq qorxuludur. Bizə deyirlər ki, oteldəki bomba sığınacağına enək. İnşallah hər şey keçər”, - deyə müğənni sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, hazırda Azərbaycanın “Avroviziya 2021” təmsilçisi, müğənni Samirə Əfəndi və meneceri Aydan Topçibaşeva Təl-Əviv şəhəridədirlər. Onlar ötən gün konsertdə iştirak etmək üçün bu ölkəyə yollanıblar.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb