Məşhur qırğız avtoritet öldürüldü
Tarix: 5-10-2023, 16:36
Baxılıb: 1 507
Google+ Paylaş
Tumblr Paylaş

Məşhur qırğız avtoritet öldürüldü

5-10-2023, 16:36

Məşhur qırğız kriminal avtoriteti Qamçı Asanbek Bişkekdə keçirilən əməliyyat nəticəsində öldürülüb.

Bu barədə ölkənin Milli Təhlükəsizlik Dövlət Komitəsi məlumat yayıb.

“Aparılan əməliyyat-axtarış tədbirləri zamanı K.Asanbekin yeri müəyyən edilib. O, təhlükəsizlik qüvvələrinin qanuni tələblərinə məhəl qoymayaraq, odlu silahdan istifadə etməklə silahlı müqavimət göstərib. Cavab atəşilə kriminal avtoritet öldürülüb”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Qamçıbəy Asanbel MDB kriminal dairələrində “Kolya Qırğız” ləqəbilə tanınır.

2007-ci ildə ABŞ Dövlət Departamenti Asanbeki Qırğızıstandakı ən güclü cinayətkar qruplaşmanın lideri adlandırıb və 2008-ci il aprelin 23-də Moskvada ona Rusiya mütəşəkkil cinayətkar qruplaşmaların liderləri tərəfindən qanuni oğru adı verilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ