Mingəçevirdə insident: qonşusunu güllələdi
Tarix: 4-10-2023, 11:21
Baxılıb: 1 496
Google+ Paylaş
Tumblr Paylaş

Mingəçevirdə insident: qonşusunu güllələdi

4-10-2023, 11:21

Oktyabrın 4-ü gecə saatlarında Mingəçevir şəhər sakini, 1972-ci il təvəllüdlü Mübariz Məhərrəm oğlu Məhərrəmovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması və xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ilkin araşdırma zamanı M.Məhərrəmova ov tüfəngindən atəş açaraq xəsarət yetirməkdə şübhəli bilinən şəxsin zərərçəkmişin qonşusu, 1984-cü il təvəllüdlü Pərvin Qurbanəli Mehnətov oğlu olduğu müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə P.Mehnətov şübhəli şəxs qismində saxlanılıb və ondan cinayətdə istifadə etdiyi odlu silah götürülüb.

Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ