Azərbaycanda son 1 həftə ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin müddətdə infeksiyaya 380 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 221 nəfər sağalıb.
İndiyədək ölkədə ümumilikdə 833 189 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 822 484 nəfər müalicə olunaraq sağalıb, hazırda 373 aktiv xəstə var. Bu günə qədər 10 332 nəfər vəfat edib.
Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 856, bu günə qədər isə ümumilikdə 7 688 073 test icra olunub.
Ölkədə son həftə ərzində vaksin vurulmayıb.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 969 897 olub.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi