Erməni radikallar və onlara dəstək verən xarici mərkəzlər Yevlaxda razılaşmanın əldə edilməsini və onun yerinə yetirilməsini əngəlləməyə çalışacaqlar. Qarabağda atəş səslərinin hələ də eşidilməsi və Rusiya hərbi kontingentinə açılan atəş də buna xidmət edir.
Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloqun sözlərinə görə, onların məqsədləri vaxt qazanmaqdır:
“Onlar bu müddətdə Azərbaycana beynəlxalq təzyiqin artmasını, BMT və digər strukturların Azərbaycana qarşı müzakirələrə başlamasını istəyirlər. Çünki ağ bayraq qaldırdıqdan sonra kapitulyasiya erməni radikallarla onlara dəstək verən mərkəzlərin Azərbaycana qarşı təzyiq planlarını pozacaq. “Xarici mərkəzlər” dedikdə yalnız Qərbdəki dairələri nəzərdə tutmuram. İşin içində Rusiyadakı şovinist mərkəzlər də var, hansılar ki, uzun onilliklər separatizm vasitəsilə ərazi bütövlüyünün bərpası məsələsində müxtəlif dövlətlərə, o cümlədən Azərbaycana təzyiq edərək mane olublar. Bu baxımdan tələsməliyik, separatçılara “bunu sonrakı mərhələdə müzakirə edərik” kimi şanslar verməməliyik, Ordumuzun ildırımsürətli əməliyyatı kimi diplomatiyamız da separatizmi bitirmək üçün sürəti artırmalıdır”.

Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı