“Rusiya Azərbaycana mane olmayacaq” - DETALLAR
Tarix: 19-09-2023, 17:03
Baxılıb: 1 503
Google+ Paylaş
Tumblr Paylaş

“Rusiya Azərbaycana mane olmayacaq” - DETALLAR

19-09-2023, 17:03

“Rusiya hələ ki, proseslərə qarışmır, qarışmaması lazımdır. Əks halda Kremlin Ukrayna müharibəsi və tərəfdaşlarını itirdiyi dövrdə Azərbaycan və Türkiyə ilə münasibətlərdə də gərginliyi yarana bilər. Bu, nə Rusiyanın, nə Azərbaycanın, nə də Türkiyənin maraqlarına cavab verir”.

Bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, Rusiyada Azərbaycanın antiterror tədbiri ilə bağlı iki yanaşma mövcuddur:

“Birinci yanaşma odur ki, Rusiyada mərkəzlər Ermənistan hakimiyyəti ilə münasibətlərdə gərginlik yaşaması fonunda Azərbaycana mane olmayacaqlar. İkinci yanaşma, Rusiyadakı fərqli şovinist mərkəzlər Qarabağın tamamını nəzarətə almaqda hansısa mərhələdə bizə mane olmağa və yenidən atəşkəs əldə etməyə çalışacaqlar. Hədəfimiz bəllidir, Qarabağın tamamı nəzarətimizə keçməli və təxminən 200 il uzanan problemə son qoymalıyıq. Ayrıca, hansısa rusiyalı rəsminin və diplomatın Ukraynaya qarşı işğalçı müharibə fonunda bizə “tərəfləri atəşkəsə dəvət edirik” çağırışı gülünc səslənir”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ