Xaçmazda uçan körpü ilə bağlı qərargah yaradıldı
Tarix: 15-09-2023, 20:48
Baxılıb: 1 054
Google+ Paylaş
Tumblr Paylaş

Xaçmazda uçan körpü ilə bağlı qərargah yaradıldı

15-09-2023, 20:48

Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmaz şəhərinin mərkəzindən keçən Qudyalçay körpüsünün aşdığı ərazidə qərargah yaradılıb.

Qərargahda Xaçmaz Rayon İcra Hakimiyyəti, FHN və Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları növbəli şəkildə xidmət aparırlar.

Hadisə nəticəsində çaya düşərək sel suları içərisində qalan "VAZ-2106" markalı avtomobil xilasedicilər tərəfindən xüsusi vasitələrdən istifadə olunmaqla çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Ümumilikdə üç avtomobilə zərər dəyib.

Sözügedən körpünün aşması nəticəsində 98 yaşayış məntəqəsində 97 min əhalinin Xaçmaz-Xudat və digər ərazilərlə əlaqəsi kəsilib.

Eyni zamanda hadisə nəticəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb. Bu səbəbdən hminik avtomobilləri və marşrut avtobusları alternativ olaraq Quba-Xaçmaz, Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu və ya Xaçmaz rayonunun Kohnə-Xaçmaz kəndi daxilindən keçməklə hərəkətlərini davam etdirir.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ