İƏT-in Baş Prokurorları Şurası yaradılacaq
Tarix: 15-09-2023, 17:00
Baxılıb: 1 558
Google+ Paylaş
Tumblr Paylaş

İƏT-in Baş Prokurorları Şurası yaradılacaq

15-09-2023, 17:00

İqtisadi Əməkdaşlıq Təşkilatı Baş Prokurorları Şurası yaradıla bilər.

Bu barədə Türkiyənin Baş prokuroru Bəkir Şahin jurnalistlərə açıqlamasında məlumat verib.

O, Şuşanı çoxdan görmək istədiyini bildirib:

"Şuşanı və Füzulini həqiqətən də dağılmış vəziyyətdə gördüm və bu mənzərə məni dərindən sarsıtdı.Şuşada və Füzulidə çox binalar dağıdılıb yerlə yeksan edilib. Bu həqiqətən məni çox sarsıtdı. Sevindirici haldır ki Şuşada çox böyük tikinti və yenidənqurma işləri aparılır. İnanıram ki bir ildən sonra bura gəldikdə daha da gözəl bir Şuşanın görmüş olacam. Şuşanın bu qədər gözəl və füsunkar təbiətinin olduğunu təsəvvürümə gətirməmişdim".

B.Şahin bildirib ki, ermənilər verdikləri sözə əməl etmirlər: "Əslində onların bu sözü yerinə yetirmələri vacibdi. Onlar odla oynayırlar. Tez bir zamanda onların Azərbaycan torpaqlarından çıxması lazım olduğunu düşünürəm. Tez bir zamanda Zəngəzur dəhlizinin açılmasını gözləyirəm".

Türkiyənin Baş prokuroru təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyinə diqqət çəkib: "İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən yaradılıb. 2012-ci ildə İƏT-in Baş Prokurorları iclası Tehranda, 2-cisi isə Antalyada, 3-cü İslamabadda keçirilib. 4-cü iclasın da qardaş Azərbaycanda keçirilməsi bizi çox sevindirir. 2021-ci ildə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlətlərinin Baş Prokurorları Şurasını qurduq. Hazırda isə İqtisadi Əməkdaşlıq Təşkilatı Baş Prokurorları Şurasının yaradılması üzrərində işləyirik".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ