Bakı Dövlət Universitetinin keçmiş baş müəllimi Həcər Mikayılovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə cinayət işinin baxılma aidiyyəti müzakirə edilib.
Məhkəmə Həcər Mikayılovanın barəsində olan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmasının doğru olmadığı qənaətinə gəlib. Cinayət işinin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunub.
Qeyd edək ki, Həcər Mikayılova üç nəfərin 344 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib. H.Mikayılova əvvəllər Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində baş müəllim olub.

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası