Biləcəridə məhəllələr arasında gəzən kuryerlər azyaşlı uşaqlara narkotik təklif edirlər.
Bu barədə yerli sakinlər məlumat və video təqdim edib.
Görüntülərin sentyabrın 9-da Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, "Meydan" (Ploşad) adlanan ərazidə qeydə alındığı bildirilib. Səs qeydi də olan görüntülərdə gəncin təklif etdiyi məhsulun məhz narkotik olduğu vurğulanır.
İddia edilib ki, narkotik satan yeniyetmə və gənclərin əksəriyyəti narkomandır.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov saytımıza açıqlamasında deyib ki, sosial şəbəkələrdə paylaşılan həmin görüntülər araşdırılıb və görüntülərdə əks olunan şəxsin azyaşlıya narkotik maddə təklif etməsi iddiası əsassızdır:
“Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktik tədbirlər diqqət mərkəzində saxlanılır. Aşkar olunan faktlarla bağlı ictamaiyyətin məlumatlandırılması təmin edilir”.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur