Bakı-Supsa boru kəmərinin mühafizə zonasında narkotik vasitə aşkar edilib
Tarix: 9-09-2023, 14:40
Baxılıb: 1 511
Google+ Paylaş
Tumblr Paylaş

Bakı-Supsa boru kəmərinin mühafizə zonasında narkotik vasitə aşkar edilib

9-09-2023, 14:40

Bakı-Supsa ixrac boru kəmərinin mühafizə zonasında sellofan torbaya bükülmüş narkotik vasitə aşkar edilib.

Bu[spoiler][/spoiler] barədə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, sellofan torbaya bükülmüş narkotik vasitə 1,7 kq marixuana və 1 büküm metafetamin maddəsi olub.

Bildirilir ki, narkotik vasitə qurumun Yevlax regional idarəsinin əməkdaşları tərəfindən kəmərin 240,4-cü km-də piyada müayinə vaxtı xəbərdaredici nişanın yanında aşkarlanaraq Yevlax rayon polis şöbəsinə təhvil verilib.

Qeyd edək ki, Bakı-Supsa neft kəməri (Qərb İxrac Boru Kəməri) Xəzərin Azərbaycan sektorunda hasil edilən neftin Gürcüstandan keçməklə dünya bazarlarına nəqlini həyata keçirir. Xam neft Gürcüstanın Supsa terminalında tankerlərə yüklənərək Bosfor boğazından keçməklə Avropa bazarlarına yola salınır. Uzunluğu 833 kilometr olan boru kəməri Səngəçal terminalından başlayaraq Gürcüstan sahilindəki Supsa terminalına qədər uzanır. Diametri 530 mm olan kəmər 1997-1998-ci illər ərzində tikilib. Bu xətt üzrə boruların doldurulmasına 1998-ci ilin dekabrında başlanıb və 1999-cu ilin martına qədər davam edib. Supsada ilk dəfə neft 1999-cu il aprelin 8-də gəmilərə yüklənib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ