Roma Papası Fransisk Monqolustana səfəri zamanı hava səmasından istifadə etdiyi ölkə liderlərinə teleqramlar göndərib.
Bu barədə Vatikandan məlumat verilib.
Bildirilib ki, Papa Azərbaycan Prezidenti İlham Əliyevə də teleqram göndərib.
“Monqolustana səfərim zamanı ölkənizin hava məkanından keçərkən Zati-alinizə və Azərbaycan xalqına salamlar və xoş arzular göndərirəm. Sizə birlik və sülhün bütün ilahi nemətlərini diləyirəm”, - teleqramda bildirilib.
Məlumata görə, Azərbaycanla yanaşı, Papa Xorvatiya, Bosniya və Hersoqovina, Serbiya, Monteneqro, Bolqarıstan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Çin liderlərinə də eyni məzmunlu teleqram göndərilib.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb