Hava ilə bağlı XƏBƏRDARLIQ
Tarix: 31-08-2023, 19:44
Baxılıb: 1 056
Google+ Paylaş
Tumblr Paylaş

Hava ilə bağlı XƏBƏRDARLIQ

31-08-2023, 19:44

Sentyabrın 2-si gündüz şimal və qərb rayonlarından başlayaraq ayın 4-ü səhərədək bəzi yerlərdə leysan yağacağı, şimşək çaxacağı gözlənilir.

Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.

Onun sözlərinə görə, ayrı-ayrı yerlərdə, xüsusən də Balakən, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar, bəzi mərkəzi Aran rayonlarında, həmçinin, Qazax, Gəncə, Qarabağ, Şərqi Zəngəzur ərazilərində intensiv və güclü olacağı gözlənilir.

Bölgələrdə şərq küləyi əsəcək. Ayrı-ayrı yerlərə küləyin sürəti 20-25 m/san-dək güclənəcək.

İntensiv leysan səbəbindən Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsinin ərazisindən axan Göyçay, Girdimançay, Quba-Qusar bölgəsində Vəlvələçay və digər bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ