Ötən gün Xankəndidəki Mədəniyyət Sarayında qondarma “artsaxın rus icmasının” nümayəndələrinin görüşü keçirilib.
Görüşdə “artsaxın rus icmasının” rəhbəri kimi özünü təqdim edən Aleksandr Bodrov vəziyyətin çox ağır olmasından, “blokadadan” danışıb:
“Təbii ki, babalarımıza, atalarımıza da asan başa gəlmədiyini xatırlayırıq, çünki bu, əcdadlarımızın müqəddəs Qarabağ torpağında yaşamaq hüququ uğrunda mübarizədir”.
O, Rusiyanın Qarabağda “tarixi mövcudluğu”ndan, əsrlər boyu “ermənilərlə ruslar arasında mənəvi bağlar” olmasından bəhs edib:
“Bizim Azərbaycan əhalisinə qarşı qətiyyən heç bir problemimiz yoxdur, lakin Azərbaycanın hərbi-siyasi rəhbərliyinin Qarabağ torpağında həyata keçirdiyi əməliyyatların əleyhinəyik. Bütün bunlar, eləcə də Sumqayıtda, Bakıda, Dağlıq Qarabağda erməni əhaliyə qarşı amansız cinayətlərin törədildiyi faciəli hadisələrin tarixi yaddaşı Azərbaycanın tərkibində olmağın, birgə yaşamağın mümkünsüzlüyünü diktə edir”.

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası