Həmrəylik nümunəsi göstərən ÖZBƏKİSTAN
Tarix: 28-08-2023, 18:56
Baxılıb: 1 069
Google+ Paylaş
Tumblr Paylaş

Həmrəylik nümunəsi göstərən ÖZBƏKİSTAN

28-08-2023, 18:56

Azərbaycanla Özbəkistan arasında isti münasibətlər inkişaf etməkdədir. Azərbaycan-Özbəkistan münasibətləri qədim tarixə malikdir. Azərbaycan və özbək xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir.

Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin avqustun 23-də Azərbaycana nəzərdə tutulan səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni bir mərhələdir. Özbəkistan 44 günlük Vətən müharibəsində tarixi Zəfərdən sonra erməni işğalından azad edilmiş ərazilərin bərpasında Azərbaycana dəstək verən, öndə olan ölkələrdən biri olub. Özbəkistan Respublikası tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzuli şəhərində 960 şagird-yerlik məktəb inşa edilib.Bu məktəbin rəmzi mənası daha böyükdür və iki ölkə arasında dostluğun bariz nümunəsidir. Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirib. Ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub.“1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. İndiyədək iki ölkə arasında 160-dan yuxarı sənəd imzalanıb. Hazırda iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. İqtisadi sahədə də əlaqələr inkişafdadır. Xatırladaq ki, nə ermənistanın Özbəkistanda, Özbəkistanın isə ermənistanda səfirliyi yoxdur. Bu da bir həmrəylik nümunəsidir. 


Bilman İSAQ

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ