Türkiyəli müğənni Hadisəyə qarşı cinayət işi açıla bilər.
Bunu vəkil Əkrəm Həsənov Hadisənin Bakı konsertindən əldə etdiyi gəlirin hüquqi tərəflərini izah edərkən deyib. O bildirib ki, qanunvericiliyə əsasən, Hadisə Azərbaycanda keçirdiyi konsertdən əldə etdiyi gəlirdən ən azı 10 faiz vergi ödəməlidir:
“Bundan əlavə, vaxtında ödənilməyən verginin üstünə faiz gəlir. Buna görə müğənni ən azı 50% həcmində cərimə oluna bilər. Üstəlik vergisini də ödəməlidir. Əgər vergisini ödəməsə, onu cinayət məsuliyyəti gözləyə bilər”.
Əkrəm Həsənov bundan əlavə müğənninin bir neçə illik azadlıqdan məhrumetmə cəzası gözləyə biləcəyini vurğulayıb.
Qeyd edək ki, türk müğənnisi Hadisə Bakıda keçirdiyi konsertindən 5 milyon lirə (328.000 manat) qazanıb.

Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...