Ermənistan ərazisində yerləşən faydalı qazıntı yataqlarının kortəbii istismarı ətraf mühitə ciddi zərər vurur.
Təqdim olunan hesabatda 26 filiz hasilat yatağının nəticələri yer alıb. Nəticələr 2017-2023-cü il tarixlərində çəkilmiş peyk təsvirlərinə əsasən əldə edilib. Müqayisə zamanı sözügedən yataqların həm ətrafa vurduğu zərər, həm də fasiləsiz istismar nəticəsində ərazisinin genişləndiyi aydın olub. Hətta bəzi yataqlardan yeni kəşfiyyat qazıntı işlərinin də aparıldığı aşkarlanıb.
Hesabatı təqdim edən Sudan istifadə sahəsində mütəxəssislər ictimai birliyinin sədri Amin Məmmədov bildirib ki, Ermənistan konvensiya üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.
Amin Məmmədov bildirib ki, təkcə Qafan hasilat yatağı son 5 il ərzində aktiv fəaliyyət göstərib və sahəsi 49.2 faiz genişlənib.
Hesabatın nəticələrinə görə son 5 il ərzində Arcut hasilat yatağının 70.4 faiz, Meqhasat qızıl mədəninin 26.1 faiz, Azatek qızıl mədəninin 450 faiz, Qaraberd qızıl gümüş mədəninin sahəsində isə 46.7 faiz genişlənmə müşahidə edilib.
Bütün bunların fonunda isə təmizlənməmiş tullantı sular bir başa kür və araz çayı ilə təmasda olur ki, bu da ciddi ekoloji problemlərə gətirib çıxarır.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi