Şamaxıda kafedə nöqsanlar aşkarlandı
Tarix: 23-08-2023, 18:00
Baxılıb: 1 524
Google+ Paylaş
Tumblr Paylaş

Şamaxıda kafedə nöqsanlar aşkarlandı

23-08-2023, 18:00

Şamaxıda fəaliyyət göstərən kafedə bir sıra nöqsanlar aşkarlanıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Şamaxı rayonu, Dağ Göylər kəndində fəaliyyət göstərən, fiziki şəxs Səmədov Elnur Səməd oğluna məxsus “Çinar” kafesində Agentlik əməkdaşları tərəfindən planlı yoxlama keçirilib.

Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların və sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. İctimai iaşə obyektində müvafiq təmizlik və dezinfeksiya işlərinin aparılmadığı, döşəmə, tavan, divar səthlərinin, istifadə olunan alət və avadanlıqların çirk qatı ilə örtüldüyü və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq, nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb və müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ