Azərbaycanda son 1 həftə ərzində (14-20 avqust) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin müddətdə infeksiyaya 27 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 9 nəfər sağalıb. Həftə ərzində ölüm faktı olmayıb.
İndiyədək ölkədə ümumilikdə 832 071 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 747 nəfər müalicə olunaraq sağalıb, hazırda 29 aktiv xəstə var. Bu günə qədər 10 295 nəfər vəfat edib.
Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 516, bu günə qədər isə ümumilikdə 7 668 437 test icra olunub.
Eyni zamanda ölkədə son həftə ərzində 166 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 968 857 olub.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi