Azərbaycanlı tələbəyə İranda HÖKM OXUNDU
Tarix: 18-08-2023, 15:47
Baxılıb: 1 531
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanlı tələbəyə İranda HÖKM OXUNDU

18-08-2023, 15:47

İranda həbs olunan azərbaycanlı tələbəyə hökm oxunub.

Bu barədə anası Dilarə Əskərova məlumat yayıb. O qeyd edib ki, Fərid Əsgərli 2 il müddətinə həbs olunub:

"Fəridlə dünən danışdıq. Hakim son məhkəmə olmadan, Fəridə son söz vermədən, öz kabinetində 2 il həbs hökmü çıxarıb və Fərid artıq qərarı məktub şəklində alıb.Fərid qərarla barışmır, heç bir sübut olmadan bu cəzanın verilməsini qəbul edə bilmir. Hökmün verilməsi üçün hakimin istinad etdiyi "sübutlar": Fərid İranda tutduğu evin kirayə pulunu avro ilə ödəyib və bununla da İran ərazisinde qeydiyyata düşmək istəməyib. Halbuki bunu ev yiyəsi təklif edib ki, avro ilə də ödəniş edə bilərsən.

İkincisi, Fəridin kirayə tutduğu evə İrandan çıxmağa 4-5 gün qalmış gizli kamera quraşdırılıb və qızla ingiliscə olan danışıqlar qeydə alınıb. Məhkəmədə həmin səs yazıları və bu səsin farscaya tərcüməsi səsləndirilib. Fəridin deməsinə görə, səs yazısında, əslində, heç bir sübut yoxdur, sadəcə tərcümə cox ciddi təhrif olunub. Məsələn, Fərid internet zəifliyindən mənimlə əlaqə saxlaya bilməməsindən qıza gileylənib. Bunu məhkəmədə fars dilində Fəridin İranda kiminləsə görüşünün hansısa səbəbdən baş tutmaması kimi elan ediblər.Ona görə Fəridlə İranda başqa tərcüməçi tutub materiali yenidən tercümə etdirməyə qərar verdik.

Üçüncüsü, Fərid guya 2022-ci ildə İrana alman nömrəsi ilə 19 dəfə zəng vurub. Fərid bu iddiani rədd edib və bu zənglərin çıxarışını tələb edib .Ona bildirilib ki, xarici zənglərin çıxarışını çıxartmaq mümkün deyil. Fərid sual verib ki, bəs hardan bildiniz ki, bu nömrələrə mən zəng etmişəm.Təbii ki, qaneedici cavab almayıb".

Ananın sözlərinə görə, vəkilin hakimlə görüşü zamanı hakim qeyd edib ki, məhkəmə zamanı Fəridin özünü dikbaş, yəni günahkar deyil, tələbkar kimi aparması onun xoşuna gəlməyib: "Sən bir məsum gəncin həyatını cəhənnəmə döndər və ondan özünə qarşı normal rəftar gözlə. Nə qədər anormal bir yanaşmadır. Bu ədalətsiz hökm məni çox ağrıdır. İllərini ver, təhsil al, dillər öyrən, peşəni təkmilləşdir, çoxdan arzuladığin bir iş təklifi al , işə başlayana qədər gedib sevdiyinlə görüşməyi planla, axırda səni belə şərləsinlər. Fərid sonda mənə dedi ki, "Sepah"ın zindanında yaşadiqlarina baxmayaraq( nə qədər təkid etdimsə də, bu haqda danışmayacağını bildirdi), çıxandan sonra bütün bunları unutmağa çalışacaq, bu kiçik səhvdən böyük dərs alacaq və həyatında yenidən hər şeyi yoluna qoyacaq".

Qeyd edək ki, Almaniyada yaşayan Azərbaycan vətəndaşı, 1997-ci il təvəllüdlü Fərid Səfərli bu ilin fevralında İrana səfər edib. O, martın 5-də Almaniyaya qayıtmalı olsa da, sonradan onunla əlaqə itib. Daha sonra Fərid Səfərlinin İran rejimi tərəfindən saxta ittihamlarla saxlanıldığı barədə məlumat yayılıb.

İyulun 19-da keçirilmiş məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunmuşdu.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ