Mövqelərimiz yenidən atəşə tutuldu
Tarix: 15-08-2023, 20:22
Baxılıb: 1 059
Google+ Paylaş
Tumblr Paylaş

Mövqelərimiz yenidən atəşə tutuldu

15-08-2023, 20:22

Avqustun 15-də saat 18:05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Şişqaya və Göysu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqemizi müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ