2100-cü ilədək Xəzərin səviyyəsi azalacaq - İran
Tarix: 14-08-2023, 16:49
Baxılıb: 1 530
Google+ Paylaş
Tumblr Paylaş

2100-cü ilədək Xəzərin səviyyəsi azalacaq - İran

14-08-2023, 16:49

Elmi araşdırmalara və Xəzərin su balansına təsir edən iqlim komponentlərinin mövcud dəyişmə tendensiyasının monitorinqinə əsasən, bölgədə hökm sürən iqlim şəraitinin təsiri nəticəsində 2100-cü ilədək Xəzərin səviyyəsinin azalacağı və miqyasının kiçiləcəyi proqnozlaşdırılır.

Bu sözləri İranın Xəzər Dənizi Araşdırmaları Mərkəzinin rəhbəri Seyidə Məsumə Bəni Haşimi deyib.

Onun sözlərinə görə, belə bir hal baş verərsə, İran sahillərinə, xüsusən Xəzərin cənub-şərqinə ciddi təsir göstərəcək:

“Son məlumatlara əsasən, Xəzər dənizinin səviyyəsi 2022-ci ildə 2021-ci illə müqayisədə 26 sm azalıb. Ümumilikdə, 1995-ci ildən indiyədək dənizin səviyyəsi azalmaqdadır və bu müddət ərzində suyun səviyyəsi iki metrə qədər azalıb”- o, bildirib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ