BTE qəhvəyi-yaşıl rəngli məktəbli formasını tikməməsinin səbəbini açıqlayıb
Tarix: 10-08-2023, 18:00
Baxılıb: 1 547
Google+ Paylaş
Tumblr Paylaş

BTE qəhvəyi-yaşıl rəngli məktəbli formasını tikməməsinin səbəbini açıqlayıb

10-08-2023, 18:00

"Xaki rəngli məktəbli formasını tikməməyimizin əsas səbəbi buna tələbatın olmamasıdır".

Bunu açıqlamasında Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov təmsil etdiyi fabrikin qəhvəyi-yaşıl (xaki) rəngli məktəbli formasını tikməməsinə aydınlıq gətirərkən bildirib.

Onun sözlərinə görə, tələbat daha çox digər rəngli məktəbli formalarınadır: "Biz dörd rəngin üçünü tikirik. Qəhvəyi-yaşıl rəngli məktəbli formasını isə "Bakı Tekstil Fabriki" MMC tikir, başqa harada istehsal olunduğu haqqında məlumatım yoxdur. Eyni zamanda dörd rəngin hər birini istehsal etmək üçün fiziki gücümüz də yoxdur. Biz əsasən tələbatın daha çox olduğu tünd-göy və tünd-boz rəngli formaları istehsal edirik. Xaki rəngli məktəbli formalarını da tikmişik. Ancaq açığını desək, onlara tələbat azdır, yəni satılmır. Biz əsasən tələbatın daha çox olduğu məhsulları tikirik”.

Şöbə müdiri həmçinin deyib ki, yeni tədris ilinədək tələbat yaxşı olduğu təqdirdə qəhvəyi-yaşıl rəngli məktəbli forması tikilə bilər.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, məktəbli formalarının tünd göy, tünd boz, qəhvəyi-yaşıl (xaki), tünd qəhvəyi olmaqla 4 rəngdə olması nəzərdə tutulub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ