DİM abituriyentlərə müraciət etdi
Tarix: 10-08-2023, 13:57
Baxılıb: 1 326
Google+ Paylaş
Tumblr Paylaş

DİM abituriyentlərə müraciət etdi

10-08-2023, 13:57

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi edəcək abituriyentlərə müraciət edib.

Mərkəzdən bildirilib ki, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə avqustun 11-də saat 11:00-da Mərkəzin yutub kanalı vasitəsilə II və III ixtisas qrupları üzrə ixtisas seçimi edəcək abituriyentlərə statistik məlumatlar əsasında diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verəcək.

Qeyd edək ki, “Abituriyent” jurnalının 4 saylı buraxılışının, həmçinin II və III qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçaların sabah gün ərzində nəşr olunması nəzərdə tutulur. I və IV qruplar üzrə müvafiq kitabçalar isə imtahan nəticələri ilə əlaqədar yaradılmış Apellyasiya komissiyası öz işini yekunlaşdırdıqdan sonra - növbəti həftənin axırına kimi nəşr olunacaq.

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi avqustun 16-dan 28-dək internet vasitəsilə aparılacaq.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ