Polad Həşimov adına bulağın açılışına çağırıldım, Mərkəzin direktorundan nazirliyə şikayət etmək xahiş olundu
Tarix: 5-08-2023, 12:11
Baxılıb: 1 091
Google+ Paylaş
Tumblr Paylaş

Polad Həşimov adına bulağın açılışına çağırıldım, Mərkəzin direktorundan nazirliyə şikayət etmək xahiş olundu

5-08-2023, 12:11

Avromedia.az xəbər verir ki, bu sözləri verdiyi açıqlamada birinci Qarabağ müharibəsi veteranı, qazi Habil Rüstəmov söyləyib.


Qazi bildirib ki, o, qurban bayramı ərəfəsində bir neçə qazi ilə birlikdə mərhum general Polad Həşimovun anası Səmayə xanımı ziyarətə gedib.Bu zaman orada söhbət gedib ki, Qızıldaş qəsəbəsində Polad Həşimov adına bulağın açılışı keçiriləcək.


” 11 iyulda Qızıldaş qəsəbəsinə gələndə gördüm ki, bulaq deyə bir şey yoxdur.Mədəniyyət Mərkəzinin qarşısında Polad Həşimov adına idman klubunun adı yazılmış və şəhidlərin şəkillərini əks etdirən lövhə vurulmuşdu.Orada P.Həşimov adına idman klubunun prezidenti kimi təqdim olunab, qolunda böyük bir döyməsi olan cavan bir oğlan mənə yaxınlaşıb dedi ki, mərkəzin rəhbərliyi onlara öz pulları ilə aldıqları bayrağı vermir. Fəaliyyətlərinə imkan yaratmır və bununla əlaqədar Mədəniyyət nazirliyinə şikayət etmək lazımdır.Mən də dedim ki, lazım olsa şikayət edərəm,amma bundan öncə qarşı tərəfin də fikirlərini öyrənmək lazımdır.Bunu deyib yanımdakı yoldaşlardan ikisi ilə mərkəzin binasına daxil olduq.Mərkəzin rəhbərliyi bizi normal qarşıladı və dedi ki, bu klubun rəhbərliyi burada qanunsuz fitnes klub işlətmək istəyir, mən də onlardan qanuna uyğun lazimi sənədlər tələb edirəm. Bu isə onların xoşuna gəlmir. Bütün məsələ də budur. Bayraq da, tədbir də bir bəhanədir. Həmçinin direktor mənə sənəd göstərdi ki, bu bayraq dövlət qeydiyyatında olan əmlakdır. Kimsə mənimdir deyirsə, mən onun sözü ilə bayrağı ona bağışlaya bilmərəm. Sübut etsin ki, onundur, tabeliyində olduğum orqanlara məlumat verim, bayraq mərkəzin balansından silinsin, sonra da hara istəyirlər, aparsınlar. Mərkəzin rəhbərliyi müvəqqəti istifadə ilə bağlı bizə bir bayraq verdi və biz o bayrağı aparıb şəkillərin üzərindən asdıq.


Qazi açıqlamasında general Polad Həşimovun anası Səmayə xanımın mərkəzə buraxılmaması ilə bağlı gəzən söz-söhbətlərə də aydınlıq gətirib:

“Biz tədbirin keçiriləcəyi Laçın restoranına yollandıq və Səmayə xanım da evdən birbaşa olaraq ora gəldi. O bildirdi ki, mart ayında klubun mərkəzdə keçirilən tədbirdə iştirak edib və direktor tərəfindən də çox yaxşı qarşılanıb. Sonra birdən -birə nələr baş verdiyindən o, da xəbərsizdir. Həmçinin Səmayə xanım çıxışında klubun fəaliyyətinin dayanması ilə bağlı yerli bələdiyyə və icra orqanlarına müraciət etdi. Yəni mərkəz haqqında heç nə demədi. Lakin çıxış edən digər insanların əksəriyyəti mərkəzin rəhbərliyini pisləyir və digər gənclər isə bunu telefona çəkirdilər.Sanki hamısı əvvəlcədən hazırlanmış bir ssenariyə bənzəyirdi. Hiss etdim ki, buradan nə isə başqa qoxular gəlir. Oradan məyus halda evimə qayıtdım. Yadıma cəbhə bölgəsində keçirdiyim ağır döyüşlər düşdü. Məgər biz bunun üçün döyüşmüşdük?

Biz bu dövlətin qayda və qanunlarla işləyərək daha güclü olması,ərazi bütövlüyünün bərpa olunması və insanlarının daha xoşbəxt yaşaması üçün döyüşmüşük. Elə cənab generalımız Polad Həşimov da bu dövlətə sədaqətlə və ləyaqətlə xidmət edib. Dövlətimizin ərazi bütövlüyünün qorunması uğrunda şəhid olub. Mən həmişə dövlətimin və millətimin yanında olan insan olmuşam. Buna görə də bu tədbirdə iştirak mənə çox yaxşı bir dərs oldu. Bir daha düzgün incələmədən, təşkilatçıların işini və kimliyini araşdırmadan çağırılan heç bir tədbirə getməyəcəyəm.” -deyə qazi fikirlərini yekunlaşdırıb.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ