Ombudsman hərbi hissəni ziyarət edib
Tarix: 4-08-2023, 19:07
Baxılıb: 1 073
Google+ Paylaş
Tumblr Paylaş

Ombudsman hərbi hissəni ziyarət edib

4-08-2023, 19:07

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2023-cü il üçün birgə tədbirlər planına əsasən, Ombudsman Səbinə Əliyeva və aparatın nümayəndələri azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdən birini ziyarət ediblər.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə hərbi hissənin ərazisində şəhidlərin əziz xatirəsinə ucaldılan abidə kompleksi ziyarət edilərək önünə gül dəstələri düzülüb.

Sonra qonaqlar hərbi hissənin ərazisindəki tibb məntəqəsi, əsgər yataqxanası, yeməkxana və digər obyektlərə baxış keçirib, şəxsi heyət üçün yaradılan şəraitlə tanış olublar.

S.Əliyeva hərbi hissənin “Xatirə kitabı”na ürək sözlərini yazıb.

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Elşad Əbilov hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətinin daim yüksək səviyyədə saxlanılması, eləcə də ideoloji işlə bağlı icra edilən tədbirlər barədə məlumat verib.

Daha sonra S.Əliyeva hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı mühazirə ilə çıxış edib.

Ombudsman aparatının nümayəndələri şəxsi heyətlə birgə nahar edib, onlarla fərdi qaydada söhbətlər aparıb və qayğıları ilə maraqlanıblar.

Sonda hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ