Separatçılardan bununla bağlı gülünc açıqlama
Tarix: 2-08-2023, 08:00
Baxılıb: 1 079
Google+ Paylaş
Tumblr Paylaş

Separatçılardan bununla bağlı gülünc açıqlama

2-08-2023, 08:00

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan vətəndaşı Rəşid Beqleryan Laçın rayonunun Zabux kəndi ərazisində dövlət sərhədini pozaraq, Azərbaycana qanunsuz daxil olduğu üçün saxlanılıb.

R.Beqleryanla bağlı Ermənistan deyil, nədənsə Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlıların müvəqqəti nəzarətində yerləşən Xankəndi şəhərindəki separatçı-terrorçu dəstə açıqlama yayıb.

“Təhlükəsizlik xidməti” adı verdikləri qondarma qurumdan bildirilib ki, 1962-ci il təvəllüdlü R.Beqleryan Şuşa rayonunun Kiçik Qaladərəsi kənd sakinidir, bu gün həddən artıq alkoqol qəbul edərək, sərxoş olub və kəndi tərk edib, azıb və Azərbaycan Ordusunun nəzarət etdiyi əraziyə keçib.

Bu açıqlamanın özü hər şeydən əvvəl erməni separatçıları ifşa edir:

Əvvəla, bəs Qarabağın erməni icması yaşayan ərazidə aclıqdır, “humanitar fəlakət” yaşanır? Necə olur ki, aclıq və fəlakət içində olan erməni icmasının üzvləri yeyib-içib, kef edirlər?

İkincisi, Kiçik Qaladərəsindən Zabuxa getmək üçün Lanın rayonuna girmək və təxminən 14-15 km yol getmək lazımdır. Bu həddən artıq içki içmiş “sərxoş” erməni dağ yolu ilə, piyada 14-15 km-i necə gedib?

Üçüncüsü, Laçın rayonu Ordumuzun nəzarətindədir və xüsusilə Şuşa istiqaməti tam nəzarət altındadır. Beqleryan Ordumuzun nəzarətində olan ərazidə 14 km yol gedib və əsgərlərimiz onu saxlamayıb?

Dördüncüsü, Kiçik Qaladərəsindən çıxıb “azan” Beqleryan nə yaxşı düppədüz Ermənistan iqtisamətini tutub gedirmiş? Niyə sərhədə can atırmış? Bu sərxoş, həddən artıq içki qəbul etmiş şəxs necə “azmadan” Ermənistanla sərhədə gedə bilib?

Beşincisi, Beqleryanın Ermənistan vətəndaşı olduğu faktı üzə çıxıb. Əks halda bu “sərxoş”dan necə danışdırıb, ad-soyadını dəqiqliklə öyrənə bilərdi Azərbaycan DSX?

Altıncı, Beqleryanı saxlayan Ordumuz deyil, DSX-dir, demək, Beqleryan da sərhədimizi keçərkən və yaxud, separatçılara inansaq, Ermənistana adlamaq istəyərkən yaxalanıb. Onda daha maraqlı nüans yaranır: Beqleryan “sərxoş halda” azıb, 14 kim-lik yolu sapmadan Ermənistana getməkdə məqsədi nədir? Təsadüfən, diversant deyil ki?//axar.az

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ