Koronavirusa yoluxanların sayı açıqlandı
Tarix: 31-07-2023, 19:43
Baxılıb: 1 057
Google+ Paylaş
Tumblr Paylaş

Koronavirusa yoluxanların sayı açıqlandı

31-07-2023, 19:43

Azərbaycanda son 1 həftə ərzində (24-30 iyul) koronavirus (COVİD-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin müddətdə infeksiyaya 17 yeni yoluxma faktı qeydə alınıb.

COVİD-19-a yoluxan 24 nəfər sağalıb. Həftə ərzində ölüm sayı 1 olub.

İndiyədək ölkədə ümumilikdə 832 021 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 714 nəfər müalicə olunaraq sağalıb, hazırda 17 aktiv xəstə var. Bu günə qədər 10 290 nəfər vəfat edib.

Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 624, bu günə qədər isə ümumilikdə 7 661 376 test icra olunub.

Eyni zamanda ölkədə son həftə ərzində 164 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 968 439 olub.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ