Azərbaycanlı iş adamı Mübariz Mənsimova aid “Palmali” Şirkətlər Qrupu zəlzələdən zərər görmüş Malatya şəhərində konteynerlər quraşdıracaq.
Bununla bağlı şirkətin mətbuat katibi Fidan Quliyeva məlumat paylaşıb. Onun sözlərinə görə, "Yeşil yurt" adlanan ərazisində 100-ə yaxın konteyner quraşdırılacaq və şirkətin əməkdaşları artıq ərazidədir:
“Mərkəzi Kahramanmaraş daxil olmaqla 7,7 bal gücündə baş vermiş zəlzələ nəticəsində böyük itki və dağıntılara məruz qalmış bölgədə - Malatyadayıq. Hataydan sonra növbəti dayanacağımız məhz buradır. Gəlməyimizdə məqsəd "konteyner kent" qurmaqdır. "Palmali" şirkətinin əməkdaşları bura səfərbər olunublar. Malatyada səhərimizi yüngül yeraltı təkanlarla açdıq. Zəlzələ 3,4 bal gücündə idi. Amma insanlar arasında heç bir təşviş olmadı. Lakin insanların üzündə bir narahatlıq hissi hələ də var. Elə bugün də anladıq ki, burada istər konteynerlərə, istərsə də çadırlara böyük ehtiyac var”.





ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi