Bu ilin yanvar-iyun aylarında "Azərişıq" ASC tərəfindən ölkə üzrə 10 milyard 095 milyon kVt/saat elektrik enerjisi alınıb, 140 min ədəd elektrik sayğacı quraşdırılıb.
Bu barədə "Azərişıq" ASC-nin Enerji Satışı Departamentinin İnformasiya Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev qurumun bu ilin 6 ayı üzrə görülmüş işlərə dair Hadrutda media nümayəndələri ilə keçirilən görüşdə bildirib.
O bildirib ki, cari ildə texniki itkilərin maksimum faiz həddi 8,6 % səviyyəsində olacağı proqnozlaşdırılır.
R.Quliyev qeyd edib ki, avqust ayında 2 milyard 090 milyon kVt/saat elektrik enerjisi tələbatının olacağı nəzərdə tutulur: "Bu ilin sonuna ölkə üzrə 21 milyard 122,5 milyon kVt/saat elektrik enerjisi həcminin alınması planlaşdırılıb. 2022-ci ildə bu rəqəm 20 milyard 184,5 milyon kVt/saat təşkil edib".
Qurum rəsmisi bildirib ki, bu ilin sonuna "Azərişıq" ASC-nin abonent sayı 2 milyon 937 min 601-ə çatdırılacaq: "Yığım səviyyəsi isə 97,2 % həddində gözlənilir. Bu ilin sonuna 280 mindən çox sayğacın quraşıdırlması nəzərdə tutulub. 2022-ci ildə bu rəqəm 269 min 901 ədəd olub".

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi