Külək, leysan- Bu günün havası açıqlandı
Tarix: 24-07-2023, 08:11
Baxılıb: 1 070
Google+ Paylaş
Tumblr Paylaş

Külək, leysan- Bu günün havası açıqlandı

24-07-2023, 08:11

İyulun 24-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq, şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 21-26° isti, gündüz 27-32° isti olacaq.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 33-38° isti , dağlarda gecə 12-17° isti, gündüz 17-22° isti olacaq.

Eyni zamanda dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ