Ermənilər bu dəfə Xalq artisti Aygün Kazımovanın "Səndən nigaranam" mahnısı oğurlayıblar. Tiqran Asatryan adlı ifaçı mahnını oxuyaraq "Andzrev" adı ilə yutub kanalında yerləşdirib. O, müəllifin adını isə qeyd etməyib.
Məsələ ilə bağlı mahnının müəllifi, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Manset.az-a açıqlama verib. O, açıqlamasında fikirlərini belə ifadə edib:
“Onlar tək mahnı oğurlayırlar? Hər şeyi oğurlayırlar. Bu məsələ ilə bağlı heç bir hüquqi addım atmayacam. Onlar kimdir ki, biz onlara baş qoşaq”.
Qeyd edək ki, Bəstənin sözləri Baba Vəziroğlu, musiqisi isə Kəmaləddin Heydərova məxsusdur. Mahnını Özbəkistanın Xalq artisti Nəsibə Abdullayeva, Xalq artistləri Brilliant Dadaşova, Aygün Kazımova və başqaları oxuyub. 2006-cı ildə Aygün Kazımova mahnıya yeni nəfəs verərək, mahnının remiks versiyasını Türkiyədə keçirilən "The Best Model Of The World" dünya gözəllik müsabiqəsində dinləyicilərə təqdim edib.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb