Bu gün 5 fənn üzrə MİQ imtahanı keçiriləcək
Tarix: 12-07-2023, 08:14
Baxılıb: 1 078
Google+ Paylaş
Tumblr Paylaş

Bu gün 5 fənn üzrə MİQ imtahanı keçiriləcək

12-07-2023, 08:14

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir.

Bu gün imtahanların ilk seansına tarix, coğrafiya, ikinci seansına isə informatika, fizika, fransız dili fənləri üzrə namizədlər dəvət olunub. MİQ-in test imtahanı mərhələsində namizədlərə 150 dəqiqə vaxt verilir.

Xatırladaq ki, test imtahanları iyulun 11-dən başlanıb və iyulun 15-dək davam edəcək. Ümumilikdə 58 minə yaxın namizədin iştirak edəcəyi imtahanlar ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilir. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ