Ceyhun Bayramov belaruslu həmkarı ilə görüşüb
Tarix: 6-07-2023, 09:20
Baxılıb: 1 494
Google+ Paylaş
Tumblr Paylaş

Ceyhun Bayramov belaruslu həmkarı ilə görüşüb

6-07-2023, 09:20

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Belarusun xarici işlər naziri Sergey Aleynik ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə mövcud ikitərəfli, habelə çoxtərəfli platformalarda əməkdaşlıq müzakirə edilib.

Həmkarını bu yüksək vəzifəyə təyinatı münasibətilə bir daha təbrik edən nazir Ceyhun Bayramov, iki ölkə arasında bütün səviyyələrdə səmərəli təmasların mövcud olduğunu qeyd edib. Ceyhun Bayramov həm ikitərəfli, həmdə çoxtərəfli müstəvilərdə iki ölkə arasında bir birinin maraqlarını nəzərə alan səmərəli təmasların və əməkdaşlığın mövcud olduğunu söyləyib.

Öz növbəsində nazir Sergey Aleynik ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün bir sıra mötəbər tədbirlərlə qeyd edildiyini məmnunluqla vurğulayıb. Belarus xarici işlər naziri habelə ölkələr arasında kənd təsərrüfatı, turizm, maşınqayırma və digər sahələrdə geniş tarixi əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib.

Görüş zamanı digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ