Mədəniyyət Nazirliyində YENİ TƏYİNATLAR
Tarix: 4-07-2023, 17:40
Baxılıb: 1 524
Google+ Paylaş
Tumblr Paylaş

Mədəniyyət Nazirliyində YENİ TƏYİNATLAR

4-07-2023, 17:40

Mədəniyyət Nazirliyinin yeni regional idarələrinin strukturu təsdiq olunub, təyinatlar var.

Bu barədə “Report”un sorğusuna cavab olaraq, nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Prezident İlham Əliyevin 23 fevral 2023-cü il tarixli Sərəncamına uyğun olaraq, Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələri yenidən təşkil edilib.

Bildirilib ki, Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsünə uyğun olaraq, nazirliyin Sumqayıt, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Biləsuvar, Masallı və Lənkəran regional mədəniyyət idarələri əsasında Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional mədəniyyət idarələri yaradılıb.

Dövlət başçısının sözügedən Sərəncamına müvafiq olaraq, Mədəniyyət Nazirliyi tərəfindən yeni regional mədəniyyət idarələrinin strukturu və əsasnamələri təsdiq edilib.

Məlumata görə, Fərid Vidadi oğlu Qurbanzadə Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi, Rəşad Rahib oğlu Əliyev - Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin rəisi təyin olunub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ