Rezidenturaya qəbul imtahanı üçün qeydiyyat bu gün başa çatır
Tarix: 4-07-2023, 15:03
Baxılıb: 1 577
Google+ Paylaş
Tumblr Paylaş

Rezidenturaya qəbul imtahanı üçün qeydiyyat bu gün başa çatır

4-07-2023, 15:03

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 2-ci cəhdində iştirak etmək üçün namizədlərin qeydiyyatı 4 iyul saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, namizədlər Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov) daxil olmaqla qeydiyyatdan keçə bilərlər.

4 iyul saat 14:00-a olan məlumata əsasən 926 namizəd (Azərbaycan bölməsi - 700; rus bölməsi - 226) imtahana yazılıb.

Məlumat üçün qeyd edək ki, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının 2-ci cəhdi iyulun 16-da, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə avqustun 13-də keçiriləcək.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ